Modern.az

UNICEF-in avtomobili Qəzzanın girişində atəşə tutuldu

UNICEF-in avtomobili Qəzzanın girişində atəşə tutuldu

11 Aprel 2024, 11:06

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) avtomobili Qəzza zolağının şimalına giriş etməyi gözləyərkən atəşə tutulub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə ofisinin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda deyilir.

 

“Aprelin 10-da Qəzzanın şimalına giriş üçün gözləyən UNICEF avtomobili atəşə tutulub, atəş döyüş patronları ilə həyata keçirilib”, - fondun ofisindən bildirilib.

 

İnsidentlə bağlı məlumat İsrail hökumətinə çatdırılıb. Avtomobildə olan insanların sayı və dəymiş ziyanın həcmi barədə məlumat verilməyib.

 

“Təəssüf ki, humanitar təşkilatların işçiləri həyati vacib yardımı çatdırarkən ölüm riskləri ilə üzləşməyə davam edir”, - UNICEF-in regional ofisindən qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir