Modern.az

Ukrayna Baş naziri Slovakiyada səfərdədir

Ukrayna Baş naziri Slovakiyada səfərdədir

11 Aprel 2024, 14:27

Ukraynanın Baş naziri Denis Şmiqal Slovakiyaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Şmiqalın "Telegram" hesabında məlumat verilib.

 

Bildirilib ki, səfərin məqsədi hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir.

 

"Gündəlikdə enerji logistika ticarət sahəsində əməkdaşlıq və Ukrayna Prezidentinin Sülh Formuluna dəstəyin müzakirəsi dayanır", - o bildirib.

 

Şmiqalın sözlərinə görə, məsləhətləşmələr nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?