Modern.az

Yaxın Şərq genişmiqyaslı münaqişə astanasındadır - Quterreş

Yaxın Şərq genişmiqyaslı münaqişə astanasındadır - Quterreş

Dünya

15 Aprel 2024, 07:50

Yaxın Şərq regionu genişmiqyaslı münaqişə astanasındadır, vəziyyətin gərginliyini azaltmaq üçün dərhal tədbirlər görülməlidir.

 

Modern.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı çağırılan Təhlükəsizlik Şurasının iclasında deyib.

 

“Bölgədəki insanlar dağıdıcı tammiqyaslı münaqişənin real təhlükəsi ilə üz-üzədir. Gərginliyi və eskalasiyanı azaltmağın vaxtı çatıb. Yaxın Şərqdə bir çox cəbhədə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq həyati əhəmiyyət kəsb edir", - deyə dünya təşkilatının rəhbəri bildirib.

 

Baş katib əlavə edib ki, nə region, nə də dünya yeni müharibələrə tab gətirə bilməz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat