Modern.az

Borel Gürcüstanda nümayişçilərə qarşı zorakılığı pislədi

Borel Gürcüstanda nümayişçilərə qarşı zorakılığı pislədi

1 May 2024, 14:36

Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borel Gürcüstanda nümayişçilərə qarşı zorakılığı pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

 

“Gürcüstanda xarici təsir haqqında qanuna dinc etiraz edən nümayişçilərə qarşı zorakılığı qətiyyətlə pisləyirəm”, - Borel qeyd edib.

 

O, Gürcüstanın Aİ üzvlüyünə namizəd ölkə olduğunu xatırladıb və səlahiyyətli orqanları dinc toplaşmaq hüququnu təmin etməyə çağırıb: “Etirazları yatırmaq üçün gücdən istifadə yolverilməzdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?