Modern.az

Makron siyasi tərcümeyi-halında ən ölümcül məğlubiyyət alacaq

Makron siyasi tərcümeyi-halında ən ölümcül məğlubiyyət alacaq

11 May 2024, 09:21

Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi mərkəzçi siyasi alyans bu ilin iyununda keçiriləcək Avropa Parlamentinə seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək.

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Qeyd edilib ki, bu, Makronun siyasi tərcümeyi-halında ölümcül məğlubiyyət olacaq.

“Financial Times”a görə, Makron komandasının həll edə bilmədiyi əsas problem, belə demək mümkünsə, Fransada yaşayışın bahalaşması, eləcə də büdcədə kifayət qədər böyük (5,5 faiz) kəsirdən qaynaqlanan dövlət xərclərinin azalmasıdır. Sosial müavinətlər və yerli büdcələrə ayırmalar da azalacaq.

Qəzet yazır ki, bütün bunların nəticəsində, xüsusən də rifahı zəif olan bölgələrdə Emmanuel Makrona inam azalır. Bundan əlavə, gənclər də ona xüsusi həvəs göstərmirlər.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat