Modern.az

İsrail Qəzzanın şimalında əməliyyata BAŞLADI 

İsrail Qəzzanın şimalında əməliyyata BAŞLADI 

12 May 2024, 00:56

İsrail ordusu HƏMAS radikallarının Qəzza zolağının şimalındakı Cəbəliyyə şəhərinə qayıtmasının qarşısını almaq üçün əməliyyatlara başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib.

 

“Biz HƏMAS-ın son həftələrdə Cəbəliyyədə hərbi potensialını bərpa etmək səylərini aşkar etdik və bu təhlükəni aradan qaldırmaq üçün bölgədə əməliyyatlar həyata keçiririk”, - deyə o qeyd edib.

 

Həcəri əlavə edib ki, Qəzza şəhərinin Əz-Zeytun bölgəsində İsrail hərbçiləri döyüşlər zamanı 30 silahlını məhv edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?