Modern.az

İndoneziyada daşqınlar və torpaq sürüşmələri - 28 ölü

İndoneziyada daşqınlar və torpaq sürüşmələri - 28 ölü

Dünya

12 May 2024, 18:04

Şiddətli yağışlar İndoneziyanın Qərbi Sumatra əyalətində daşqınlar və torpaq sürüşmələri ilə nəticələnib, nəticədə azı 28 nəfər ölüb, daha 4 nəfər hələ də itkin düşmüş sayılır.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

 

Təbii Fəlakətlə Mübarizə üzrə Milli Agentliyin məlumatına görə, şənbə gecəsindən etibarən daşqın Tanah-Datar rayonuna palçıq axınları gətirib.

 

Agentliyin məlumatına görə, 84 yaşayış binası və 16 körpü zərər çəkib. Yolların təmizlənməsini sürətləndirmək üçün ərazilərə ağır texnika cəlb olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat