Modern.az

Təsəvvür edirsinizmi, XİN başçımız İrəvandakı mitinqdə çıxış etsin? - Baş katib

Təsəvvür edirsinizmi, XİN başçımız İrəvandakı mitinqdə çıxış etsin? - Baş katib

Dünya

16 May 2024, 12:19

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Tiflisdəki etiraz mitinqində çıxış etməsini tənqid edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı o, "Rustavi 2" kanalına danışıb.

 

"Təsəvvür edirsinizmi, bizim xarici işlər nazirimiz şərti olaraq İrəvana getsin və orada müxalifətin mitinqində çıxış etsin?”, - o sual edib.

 

“Bu, dostluq deyil, düşmənçilikdir”, - Kaxa Kaladze belə söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat