Modern.az

İrəvanda böyük YANĞIN

İrəvanda böyük YANĞIN

17 May 2024, 10:26

Ermənistanın paytaxtı İrəvanda gecə saatlarında böyük yanğın baş verib

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hadisə "Shopping City" ticarət mərkəzində baş verib.

 

Mərkəzin 6 pavilyonu yanıb. Binada yanğın 4 saata yaxın davam edib.

 

Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin 10 döyüş briqadası hadisə yerində çalışıb. Səhərə yaxın yanğın söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat