Modern.az

Qərb Zelenskini Rusiya ilə danışıqlara məcbur edəcək? - İDDİA

Qərb Zelenskini Rusiya ilə danışıqlara məcbur edəcək? - İDDİA

17 May 2024, 12:44

Bir sıra Qərb ölkələri Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya Federasiyası ilə danışıqlara razı salmaq üçün koordinasiyalı diplomatik hərəkətlər hazırlayır.

 

Modern.az xəbər verir ki, bunu “Europe 1” nəşri mənbələrə istinadən iddia edib.

 

Materialda bildirilir ki, Ukrayna “rusların başqa cəbhə açacağı ən pis ssenarini riskə ataraq, müharibəyə son qoymaq üçün danışıqlar aparmalı olacaq”.

 

Həmçinin iddia edilir ki, Qərbdəki bəzi liderlər Zelenskini danışıqlar prinsipini qəbul etməyə inandırmaq üçün koordinasiyalı diplomatik fəaliyyət hazırlayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat