Modern.az

Makron Yeni Kaledoniyaya gedəcək

Makron Yeni Kaledoniyaya gedəcək

Dünya

21 May 2024, 14:10

Fransa Prezidenti Emmanuel Makron gün ərzində mayın 13-dən kütləvi etirazların keçirildiyi Yeni Kaledoniyaya səfər edəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Priska Teveno məlumat verib.

 

“Nazirlər Şurasının iclası zamanı prezident bu axşam Yeni Kaledoniyaya səfər edəcəyini bildirib”, - o, Nazirlər Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.

 

Daha əvvəl məlumat verilmişdi ki, E.Makronun sədrlik etdiyi Fransa Müdafiə Şurası etirazlar fonunda Yeni Kaledoniyaya əlavə hərbi qüvvə göndərmək qərarına gəlib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?