Modern.az

Gürcüstan parlamenti yenidən təhlükəsizlik səviyyəsini artırdı

Gürcüstan parlamenti yenidən təhlükəsizlik səviyyəsini artırdı

Dünya

27 May 2024, 10:12

Gürcüstan parlamenti qeyri-müəyyən müddətə sarı təhlükəsizlik səviyyəsinə qayıdıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Bu o deməkdir ki, deputatların və əməkdaşların təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət təkcə televiziya şirkətlərinin akkreditə olunmuş jurnalistlərini əhatə etməyəcək, eyni zamanda bir yayımçıdan maksimum üç qrup daxil ola biləcək. 

 

Parlamentin hüquq komitəsi bu gün prezidentin “xarici agentlər haqqında” qanuna vetosunu və Seçki Məcəlləsinə nəzərdə tutulan dəyişiklikləri müzakirə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?