Modern.az

Məşhur bloger ordunu \"diskreditasiya etməkdə\" günahlandırılır

Məşhur bloger ordunu \

30 May 2024, 15:14

Rusiya paytaxtı Moskvanın Tver Rayon Məhkəməsi bloger İlya Varlamova qarşı ordunu “diskreditasiya etmək” ilə bağlı inzibati iş alıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı "Mediazona" üzə çıxarıb.

 

Ona protokol tərtib olunub. Protokolun dəqiq nəyə səbəb olduğu bilinmir. İş üzrə məhkəmə iclası hələ təyin edilməyib.

 

Bu, Varlamova qarşı tərtib edilmiş ordunun "diskreditasiya edilməsi" haqqında ilk məlum protokoldur. 2023-cü ilin martında Ədliyyə Nazirliyi blogeri “xarici agent” elan edib. 5 ay sonra o, "Telegram" kanalındakı yazılara "xarici agent" olması barədə məlumat etiketləməkdən imtina etdiyinə görə 30 min rubl cərimə olunub.

 

Qeyd edək ki, Varlamov tanınmış şəhərsalma (urban) blogeridir. Həm də o, ictimai və siyasi mövzulara toxunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?