Modern.az

Əli Baqeri Türkiyəyə gedib

Əli Baqeri Türkiyəyə gedib

Dünya

7 İyun 2024, 15:50

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Türkiyəyə yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

 

Bildirilib ki, xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni Qəzzadakı vəziyyətlə bağlı D-8-in fövqəladə iclasında iştirak və çıxış etmək üçün Türkiyənin İstanbul şəhərinə gedib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?