Polşa, Litva, Latviya və Estoniya Rusiya Federasiyası və Belarusla sərhəddə müdafiə xətti qurmağa hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Agentliyin məlumatına görə, Brüsseldə keçiriləcək sammitdə müzakirə olunacaq Aİ Şurası prezidentinə göndərilən məktubda layihənin 27 ölkə və 450 milyonluq əhalisi olan təşkilatı qorumaq məqsədi daşıdığı və buna görə də bütün Aİ üzvlərinin dəstəyi və maliyyə tələb olunacağı bildirilib.
700 kilometrlik müdafiə xətti nəzərdə tutulur və bəzi diplomatlar bunun 2,5 milyard avroya başa gələcəyini hesab edirlər.