Modern.az

Sabiq deputat güllələndi

Sabiq deputat güllələndi

Dünya

19 İyul 2024, 22:37

Ukrayna parlamentinin sabiq deputatı İrina Farion güllələnib.

 

Modern.az xəbər verir ki, bu barədə “Espresso” kanalının teleaparıcısı Marta Oliyarnik məlumat yayıb.

 

O bildirib ki, Fariona qarşı Lvov şəhərinin Masaryk küçəsində sui-qəsd cəhdi olub.

 

Məlumata görə, Farion təxminən 20-25 yaşlı gənc tərəfindən hücuma məruz qalıb, o, evdən çıxarkən sabiq deputatı güllələyib.

 

Lvov Şəhər Şurasının deputatı İqor Zinkeviç bildirib ki, İrina Farionun vəziyyəti ağırdır. Təcili yardım maşını Farionu xəstəxanaya yerləşdirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?