Modern.az

Çexiya prezidenti: Rusiya və Çini Ukrayna danışıqlarına cəlb olunmalıdır

Çexiya prezidenti: Rusiya və Çini Ukrayna danışıqlarına cəlb olunmalıdır

Dünya

25 İyul 2024, 15:12

Çexiya prezidenti Petr Pavel Rusiya Federasiyası və Çini Ukrayna üzrə sülh danışıqlarına cəlb etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, Pavel CTK-ya müsahibəsində bunu bildirib.

 

O deyib ki, Moskvaya təsir edə biləcək “əsas qlobal oyunçu” kimi Çinin iştirakı xüsusilə vacibdir.

 

"Əgər Çin danışıqlardan imtina edərsə, o zaman Rusiya hərəkət etmək üçün daxili ehtiyac hiss etməyəcək və özü üçün üstünlüklər əldə etməyə çalışacaq", - o qeyd edib.

 

Pavel həmçinin 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəllərində ABŞ da daxil olmaqla dünyada seçkilər və “hər iki müharibə edən tərəfə təsir edən müharibə yorğunluğu” səbəbindən Ukraynadakı müharibədə “müəyyən bir dəyişiklik” gözləyir.

Sizə yeni x var
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı