Modern.az

İsraildən Livana HAVA ZƏRBƏLƏRİ

İsraildən Livana HAVA ZƏRBƏLƏRİ

Dünya

28 İyul 2024, 09:06

İsrail qırıcıları "Hizbullah" hərəkatının Holan yüksəkliklərini atəşə tutmasından sonra Livanın cənubuna zərbələr endiriblər.

 

Modern.az Livanın “Al manar” telekanalına istinadən xəbər verir ki, İsrail aviasiyası Əl-Hayam və Kfar-Kila şəhərlərinə, eləcə də Tir dairəsindəki Abbasiyyə və Burj əl-Şimali şəhərlərinin kənarlarına hava zərbələri endirib. Daha bir raket Teyr Harfa kəndinə atılıb.

 

Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Onların arasında uşaqlar və yeniyetmələr də var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat