Modern.az

Beyrut aeroportunda uçuşlar təxirə salınıb

Beyrut aeroportunda uçuşlar təxirə salınıb

29 İyul 2024, 12:32

İsraillə gərginliyin artması səbəbindən Beyrut hava limanında uçuşlar təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

 

Livan daşıyıcısı "Middle East Airlines" cədvəlin pozulmasının sığorta riskləri ilə əlaqədar olduğunu açıqlayıb. Almaniyanın "Lufthansa" şirkəti isə uçuşların ləğv edildiyini bildirib.

 

Qeyd edək ki, İsrail və Livandakı Hizbullah qruplaşması arasında gərginlik yenidən pik həddə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?