Modern.az

“Hizbullah” İsrailin şimalına 50-dən çox raket buraxdı

“Hizbullah” İsrailin şimalına 50-dən çox raket buraxdı

Dünya

4 Avqust 2024, 10:00

“Hizbullah” təşkilatının silahlı birləşmələri Yuxarı Qalileydə İsrail yaşayış məntəqələrinə kütləvi raket zərbələri endirib.

 

Modern.az “Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, döyüşçülər çoxsaylı raket sistemlərindən 50-dən çox mərmi atıblar. İsrailin 15 yaşayış məntəqəsində hava hücumu sirenləri işə düşüb.

 

Qeyd olunub ki, İsrailin hava hücumundan müdafiə sistemləri raket və minaatan hücumunu dəf edir. Mərmilərin Beyt Hillel, Kiryat Şmona və Misqav Amadan atıldığı bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat