Modern.az

Ukrayna ABŞ-dan 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb

Ukrayna ABŞ-dan 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb

5 Avqust 2024, 15:42

Ukrayna ABŞ-dan 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

 

O deyib ki, pul Dünya Bankı vasitəsilə gəlib. Baş nazirin sözlərinə görə, bu vəsait müəllimlərin, həkimlərin və xilasedicilərin maaşları, sosial müavinətlər kimi “prioritet büdcə xərclərini” maliyyələşdirməyə kömək edəcək.

 

Ukraynanın baş naziri əlavə edib ki, bu, 2024-cü ildə ABŞ-dan birbaşa büdcə dəstəyinin ilk tranşıdır. Onun sözlərinə görə, ümumilikdə Kiyev bu il Vaşinqtondan 7,8 milyard dollar yardım alacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?