Modern.az

Rusiyada 10 mindən çox abunəçisi olan blogerlər reyestrdən keçəcək

Rusiyada 10 mindən çox abunəçisi olan blogerlər reyestrdən keçəcək

9 Avqust 2024, 09:23

Rusiya prezidenti Vladimir Putin 10 mindən çox abunəçisi olan blogerlərin qeydiyyatı haqqında qanunu imzalayıb.

 

Modern.az xəbər verir ki, bununla “Blogerlərin reyestri haqqında” qanun qüvvəyə minib.

 

Blogerlər xüsusi reyestrə daxil edilmək üçün özləri haqqında məlumatları "Roskomnadzor"a təqdim etməlidirlər. Əks təqdirdə kanalı bloklana bilər. Ərizəyə hansı məlumatların daxil edilməsinin lazım olacağı hələ məlum deyil. Amma söhbət istənilən sosial şəbəkələrdəki bloqlardan gedir.

 

Eyni zamanda, qeydiyyatdan keçməmiş kanallarda reklamlar, ianə keçidləri yerləşdirmək və ya məzmunu başqa üsullarla monetizasiya etmək mümkün olmayacaq. "Roskomnadzor" reyestrində qeydiyyatdan keçmiş blogerlərə də qeydiyyat olmadan kanallardan "repost" etmək qadağan olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?