Modern.az

Lukaşenko Ermənistan haqqında: "Onlar heç kimə lazım deyil"

Lukaşenko Ermənistan haqqında: "Onlar heç kimə lazım deyil"

Dünya

20 Avqust 2024, 11:02

“Ermənistanın siyasətini görürsünüz, bu necə siyasətdir?!".

 

Modern.az Belarusun rəsmi BelTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko "Rossiya 1" telekanalına müsahibəsində deyib.

 

"Yaxşı, ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Fransa necədir? Hansı Makron? Sabah Makron olmayacaq və hamı bu Ermənistanı unudacaq", - Lukaşenko belə söyləyib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?