Modern.az

Ankarada meşə yanğınları - Kənd boşaldıldı

Ankarada meşə yanğınları - Kənd boşaldıldı

Dünya

21 Avqust 2024, 17:18

Türkiyənin paytaxtı Ankaranın Kızılcahamam səmtinin Şahinlər məhəlləsi yaxınlığında meşə yanğını baş verib.

Modern.az bu brədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, əraziyə iki yanğınsöndürən helikopter yönəldilib. Alovun yayılmasının və ətraf məhəllələrə keçməsinin qarşısını almaq üçün qruplar yanğına havadan və qurudan müdaxilə edir.

Külək səbəbiylə alovların yayıldığı Dəmirlər kəndi ehtiyat tədbiri olaraq boşaldılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?