Modern.az

İrəvanda güclü külək fəsadlar törədib - Yaralananlar var

İrəvanda güclü külək fəsadlar törədib - Yaralananlar var

Dünya

26 Avqust 2024, 09:59

İrəvanın mərkəzində güclü külək ağacı iki vətəndaşın üzərinə aşırıb, onlar xəsarət alıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.


Qeyd olunub ki, İsaakyan küçəsində ağacın küləkdən aşması və vətəndaşın xəsarət alması barədə məlumat daxil olub.

 

Məlum olub ki, 8 metrlik budaq vətəndaşlar A.A (1999-cu il təvəllüdlü) və G.Z-nin (1982-ci il təvəllüdlü) üzərinə düşüb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

 

Digər ərazilərdə də küləyin ağacları aşırması barədə məlumat daxil olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?