Modern.az

Ukraynada skandal: Dərslikdə Krımsız xəritə verilib

Ukraynada skandal: Dərslikdə Krımsız xəritə verilib

Dünya

9 Sentyabr 2024, 16:22

VII siniflər üçün yeni Ukrayna dili dərsliyində Krımsız xəritə çap olunub.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, dərsliyin müəlliflərindən biri Anastasiya Onatiy buna görə üzr istəyib.

 

Müəllif bunun ehtiyatsızlıq ucbatından baş verdiyini bildirib.

 

O, insidentə cavab olaraq “Krımı tamamlayın” fləşmobunun başlamasını təklif edib. Təklifin mahiyyəti ondan ibarətdir ki, müəllimlər sinifdə səhvi müzakirə etmək üçün 10-15 dəqiqə vaxt ayırsınlar və şagirdləri ilə birlikdə Ukrayna xəritəsinə Krımın rəsmini tamamlasınlar.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?