Modern.az

Pezeşkianın kürəkəninə yüksək vəzifə verildi

Pezeşkianın kürəkəninə yüksək vəzifə verildi

Dünya

18 Sentyabr 2024, 17:11

İran prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidiyə yüksək vəzifə verib.

 

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, Məcidi İran Prezident Administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsinə gətirilib.

 

Qeyd edək ki, Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, maliyyə ekspertidir və əvvəllər özəl şirkətdə işləyib. 

 

Məcidi bir neçə gün əvvəl Pezeşkianla birgə İraqa səfər edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat