Modern.az

Ursula fon der Leyen sabah Zelenski ilə görüşəcək - Ukraynaya gəlir

Ursula fon der Leyen sabah Zelenski ilə görüşəcək - Ukraynaya gəlir

Dünya

19 Sentyabr 2024, 15:02

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sabah Kiyevə gələcək.

 

Modern.az xəbər verir ki, bunu "Le Figaro" qəzeti yazıb.

 

Materialda deyilir ki, səfəri zamanı o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək və bu ölkənin qışa hazırlığı məsələsini müzakirə edəcək.

 

Brüsseldə mətbuat konfransı zamanı o, Aİ-nin enerji təhlükəsizliyini dəstəkləmək üçün Ukraynaya 160 milyon avro ayıracağını bildirib. Bu vəsaitin 60 milyon avrosu qızdırıcılar və sığınacaqlar üçün humanitar yardıma xərclənəcək.

 

Dondurulmuş Rusiya aktivlərindən isə 100 milyon avro təmir işlərinə və bərpa olunan enerji mənbələrinə ayrılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat