Modern.az

Türkdilli Ölkələrin Şahmat İttifaqı YARADILDI

Türkdilli Ölkələrin Şahmat İttifaqı YARADILDI

Dünya

26 Sentyabr 2024, 12:40

Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında Türkdilli Ölkələrin Şahmat İttifaqının yaradılması qəbul edilib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Türkiyə Şahmat Federasiyasının (TSF) açıqlamasında bu barədə qeyd olunub.

 

Bildirilir ki, 45-ci Ümumdünya Şahmat Olimpiadasının keçirildiyi Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası keçirilib.

 

TSF-nin FİDE-yə göndərdiyi məktubla birliyin yaradılması təklifi ümumi yığıncağın gündəliyinə daxil edilib.

 

Türkdilli Ölkələrin Şahmat İttifaqının üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan ibarətdir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?