Modern.az

Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi

Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi

13 İyun 2025, 16:54

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan baş nazir Nikol Paşinyanın yaxın vaxtlarda prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyini inkar etməyib.

Modern.az xəbər verir ki, A.Qriqoryan “Azadlıq” radiosunun sualınını cavablandırarkən görüşün gündəliyini açıqlamayıb.

Armen Qriqoryan səfərin tarixini də dəqiqləşdirməyib və bildirib ki, bu barədə məlumatı baş nazirin dəftərxanası verəcək.

İyunun 5-də baş nazir Paşinyan Türkiyə prezidenti Ərdoğanla telefon danışığı aparıb.

Onlar Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib, dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?