Modern.az

Zərbələrimiz Tehranı nüvə silahından xeyli uzaq saldı - ABŞ dövlət katibi

Zərbələrimiz Tehranı nüvə silahından xeyli uzaq saldı - ABŞ dövlət katibi

Dünya

25 İyun 2025, 11:24

"ABŞ ötən həftəsonu İranın üç əsas nüvə obyektinə zərbə endirdikdən sonra Tehran "nüvə silahından xeyli uzaq düşüb".

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "Politico"ya deyib.

“Əsas odur ki, onlar bu zərbələrdən əvvəllə müqayisədə indi nüvə silahından çox uzaqdadırlar”, - Rubio bildirib.

"Bir sıra müxtəlif komponentlərə əhəmiyyətli, çox əhəmiyyətli ziyan dəydi və biz bu barədə daha çox öyrənməyə başlayırıq", - dövlət katibi əlavə edib.

Bundan əvvəl ABŞ mediası ilkin kəşfiyyat məlumatlarına istinadən xəbər vermişdi ki, ABŞ Tehranın nüvə proqramının əsas komponentlərini məhv edə bilməyib və ABŞ-ın zərbələri İranda yalnız iki nüvə obyektinin girişini bağlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat