Modern.az

Paşinyan və Quterreş sülhü müzakirə etdi

Paşinyan və Quterreş sülhü müzakirə etdi

Dünya

28 Sentyabr 2025, 10:09

Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş katibi António Quterreşlə görüşüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

 

Qeyd edilib ki, tərəflər görüşdə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının əhəmiyyətini vurğulayıb, bunun Cənubi Qafqazda sabitliyin təmin olunmasına və regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

 

Bundan əlavə, Nikol Paşinyan və António Quterreş 2026-cı il oktyabrın 18-dən 30-dək Ermənistanda keçiriləcək 17-ci BMT Konvensiyasının Bioloji Müxtəliflik üzrə tədbirini müzakirə ediblər. Bu tədbir çərçivəsində tərəflər ekoloji davamlılıq və ətraf mühitin qorunması sahəsində daha sıx əməkdaşlığın vacibliyini qeyd ediblər.

 

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizə yeni x var
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur