Modern.az

Türkiyə Trampın tələbinə cavab verdi: Rusiyadan neft alacaq

Türkiyə Trampın tələbinə cavab verdi: Rusiyadan neft alacaq

Dünya

3 Oktyabr 2025, 14:23

Türkiyə ABŞ prezidenti Donald Trampın Rusiyadan neft alınmasını dayandırmaq tələbinə cavab verib.

Modern.az-ın məlumatına görə, Türkiyənin energetika naziri Alparslan Bayraktar CNN Türk-ə bildirib ki, ABŞ-ın Rusiya neftinin alınmasını dayandırmaq tələbləri fonunda Rusiya neftinin alınması ilə bağlı qərarlar adi alıcılar olan özəl türk şirkətləri tərəfindən veriləcək.

"İndiyədək bu məsələ ilə bağlı özəl sektor öz qərarlarını verib. Çünki bunlar kommersiya xarakterli qərarlardır. Yəni biz heç kimə "burdan al, oradan alma" deməmişik. Biz indiyə qədər bunu etməmişik, onlar da öz tədarükçülərini və fəaliyyətlərini öz kommersiya mülahizələrinə əsaslanaraq seçiblər”.

Sentyabrın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ABŞ prezidenti Donald Tramp təkid edib ki, Türkiyə Rusiya neftini almağı dayandırsın. O bildirib ki, Rusiya-Ukrayna münaqişəsi davam etdiyi müddətdə tədarüklər bərpa edilməməlidir. Tramp digər NATO ölkələrinə də oxşar tələbi səsləndirib.

Alparslan Bayraktar Rusiyadan qaz alınmasına da münasibət bildirib. Onun sözlərinə görə, alqı-satqılar davam edəcək, çünki hakimiyyət türk xalqına “qaz yoxdur” deyə bilmir, xüsusən də qışın yaxınlaşdığı vaxtda. Üstəlik, Ankara və Moskvanın tədarük müqavilələri var.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin adamını Bakıya göndərir - Kreml bu dəfə nə planlayır?