Modern.az

Putin Azərbaycan əsilli jurnalistə səfir rütbəsi verdi

Putin Azərbaycan əsilli jurnalistə səfir rütbəsi verdi

Dünya

1 Noyabr 2025, 13:10

Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Mavrikidəki Azərbaycan əsill səfiri İradə Zeynalova ilə bağlı fərman imzalayıb.

Modern.az xəbər verir ki, həmin sənədə əsasən, İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verib.

Putin Zeynalovanı 13 sentyabr 2024-cü ildə Rusiyanın Mavrikidəki səfiri təyin edib.

Daha sonra İ.Zeynalova jurnalistikadan təqaüdə çıxdığını elan edib.

İradə Zeynalova televiziya karyerasına 1997-ci ildə "Rossiya" televiziya kanalında "Vesti Nedeli" proqramı üçün reportajlar hazırlayaraq başlayıb. 2003-cü ildə Birinci Kanala keçib.

2012-ci ildən 2016-cı ilin iyul ayına qədər Zeynalova Birinci Kanalda "Sunday Time" verilişinə aparıcılıq edib. 2016-cı ilin payızında o, NTV-yə keçib və orada da xəbər proqramının aparıcısı olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu