Modern.az

Trampın oğlunu Ermənistana aparan İKİ SƏBƏB

Trampın oğlunu Ermənistana aparan İKİ SƏBƏB

Dünya

3 Noyabr 2025, 12:36

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Tramp noyabrın 12-də Ermənistana səfər edəcək.

Modern.az xəbər verir ki, Erməni mediasının məlumatına görə, səfər zamanı iki əsas mövzu müzakirə olunacaq.

Birinci məsələ ABŞ biznesinin “TRIPP marşrutu” adlanan və Zəngəzur dəhlizi kimi tanınan nəqliyyat xəttinin tikintisində iştirakının hüquqi tərəflərinə və sonradan bu arteriyanın idarə edilməsinə aiddir.

İkinci müzakirə mövzusu isə Trampın oğlu ilə Ermənistan tərəfi arasında pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə dair iri müqavilənin hazırlanması ilə bağlıdır.

Səfərin detalları barədə Ağ Ev və ya Tramp ailəsinə yaxın dairələr hələlik rəsmi açıqlama verməyiblər. Ermənistan tərəfi isə danışıqların “iqtisadi xarakter daşıyacağını” bildirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!