Modern.az

Tokayev azərbaycanlı xeyriyyəçini təltif etdi

Tokayev azərbaycanlı xeyriyyəçini təltif etdi

Dünya

3 Noyabr 2025, 17:15

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı iş adamı Amil Yusifovu xeyriyyəçilik fəaliyyətinə görə “Kurmet” ordeni ilə təltif edib.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Mükafatı Tokayevin adından Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev təqdim edib.

Səfirliyin məlumatına görə, Amil Yusifov AZAL aviaşirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan qazaxıstanlıların ailələrinə mənzil hədiyyə edib.

O, həmçinin xilasetmə xidməti, şəhər xəstəxanası və təcili yardım stansiyasının ehtiyacları üçün avtomobillər bağışlayıb.

“Kurmet” ordeni Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelə də təqdim olunub.

Təltif mərasimində çıxış edən Ermek Koşerbayev Astana ilə Bakı arasında strateji tərəfdaşlıq və fəal əməkdaşlığın davam etdiyini vurğulayıb. Səfir Alim Bayel isə səfirliyin iki ölkə arasında müttəfiqlik əlaqələrinin daha da güclənməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!