Modern.az

Tramp-Putin görüşü üçün yeni məkan təklif olundu

Tramp-Putin görüşü üçün yeni məkan təklif olundu

Dünya

4 Noyabr 2025, 10:40

Finlandiya Prezidenti Aleksandr Stubb noyabrın sonunda Yohannesburqda Vladimir Putin və Donald Tramp arasında görüş keçiriliməsini təklif edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Aleksandr Stubb 21-22 noyabr tarixlərində Cənubi Afrikada keçiriləcək G20 sammitində danışıqların aparılmasını münasib hesab edib.

Cənubi Afrika hələlik prezidentlər Putin və Tramp arasında Yohannesburqda görüşün mümkünlüyü barədə şərh verməyib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin G20 sammitində iştirak etməyəcəyini, lakin Rusiyanın lazımi səviyyədə təmsil olunacağını açıqlamışdı.

16 oktyabrda telefon danışığından sonra Vladimir Putin və Donald Tramp növbəti iki həftə ərzində görüşməyə hazır olduqlarını açıqladılar. Macarıstanın paytaxtı ikitərəfli sammitin keçiriləcəyi yer seçildi. Bir neçə gün sonra Tramp Amerika tərəfinin "arzu olunan məqsədlərə" çatmaq ehtimalına şübhə etdiyi üçün danışıqların ləğv olunduğunu elan etdi. Rusiyada isə danışıqların ləğv edilmədiyinə, yalnız müəyyən müddətə təxirə salındığına inanırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində