Modern.az

Sanksiyalara görə yanacaq bahalaşdı

Sanksiyalara görə yanacaq bahalaşdı

Dünya

4 Noyabr 2025, 16:26

Türkiyənin əsas dizel yanacağı tədarükçülərindən biri olan "Guzel Enerji" ABŞ Maliyyə Nazirliyinin “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı sanksiyalarına cavab olaraq 3 noyabrdan etibarən dizel yanacağının topdansatış qiymətlərini qaldırıb.

Modern.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, "Guzel Enerji" Türkiyə ordusunun pensiya fondu OYAK-a məxsusdur və ötən il ölkədə ən iri yanacaq satıcıları arasında dördüncü yeri tutub. Şirkət ABŞ-ın 22 oktyabrda tətbiq etdiyi sanksiyalardan sonra idxal xərclərinin kəskin artdığını bildirir.

Agentlik "Kpler" məlumatlarına istinadla yazır ki, Rusiya-Türkiyə arasında dizel yanacağı ticarəti son iki ildə üç dəfədən çox artıb və 2022-ci ildə gündə 117 min barrel olan idxal bu il 300 min barreli keçib.

Sanksiyalardan sonra Türkiyə şirkətləri SOCAR və Tupras kimi yerli neft emalı müəssisələrinə müraciət edib, həmçinin Rusiyadan asılı olmayan yeni idxal mənbələri axtarmağa başlayıblar.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabrda Rusiyanın “sülh prosesində ciddi marağının olmaması”nı əsas gətirərək “Rosneft” və “Lukoil”in bir sıra törəmə şirkətlərinə qarşı yeni iqtisadi məhdudiyyətlər tətbiq etmişdi. Bu sanksiyaları pozan ABŞ və xarici vətəndaşlara mülki və ya cinayət məsuliyyəti nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!