Modern.az

Ona səs verən hər bir yəhudi axmaqdır - TRAMP

Ona səs verən hər bir yəhudi axmaqdır - TRAMP

Dünya

5 Noyabr 2025, 00:40

ABŞ prezidenti Donald Tramp Nyu-York meri seçkiləri ərəfəsində qalmaqallı açıqlama verib.

Modern.az xəbər verir ki, o, "Truth Social" sosial şəbəkəsində yazıb:

“Zöhran Mamdani kimi inadkar və özünü yəhudi əleyhdarı adlandıran birinə səs verən hər bir yəhudi axmaqdır.”

Qeyd edək ki, hazırda Nyu-Yorkda mer seçkiləri keçirilir. Demokrat namizəd Zöhran Mamdani ilə yanaşı vəzifə uğrunda keçmiş qubernator Endryu Kuomo və respublikaçı Kurtis Sliva da mübarizə aparır.

Əgər Mamdani qalib gəlsə, o, Nyu-Yorkun ilk müsəlman meri olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!