Modern.az

Təhlükəsizlik Şurasının katibləri Moskvaya toplaşır: Şoyqu Usubovla görüşəcək

Təhlükəsizlik Şurasının katibləri Moskvaya toplaşır: Şoyqu Usubovla görüşəcək

Dünya

5 Noyabr 2025, 09:27

Bu gün Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB-yə üzv  dövlətlərin Təhlükəsizlik şuraları katiblərinin 13-cü iclası keçiriləcək.

Modern.az xəbər verir ki, TASS-ın məlumatına görə MDB-yə təhdidlər, onlara cavab tədbirləri və Qərbin ideoloji ekspansiyasına qarşı mübarizə Təhlükəsizlik şuraları katiblərinin 13-cü iclasının əsas mövzusu olacaq.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildirilib ki, iclasda "MDB-də təhlükəsizliyə qarşı çağırışlar və təhdidlər və mümkün birgə cavab tədbirləri" müzakirə olunacaq.

Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsovun bildiryinə görə, iclasda humanitar əməkdaşlıq və Qərbin ideoloji ekspansiyasına qarşı mübarizə də müzakirə olunacaq.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Azərbaycan, Ermənistan və Belarusdan olan həmkarları ilə ayrı-ayrı ikitərəfli görüşlər keçirməsi də gözlənilir.

Şoyqu deyib ki, Təhlükəsizlik Şurası katiblərinin görüşü "etibarlı ünsiyyətin həqiqətən unikal formatıdır. “Bu bizə yalnız ən mürəkkəb təhlükəsizlik məsələlərini açıq və konstruktiv şəkildə müzakirə etməyə deyil, həm də ortaq ənənəvi dəyərlərin möhkəm təməlinə əsaslanaraq ölkələri və xalqları xarici və daxili təhdidlərdən qorumaq üçün birgə həllər hazırlamağa imkan verir".

Sizə yeni x var
Keçid et
İcra başçıları nəzarətdə - Ölkə üzrə geniş əməliyyat başlayır