Modern.az

Mirzoyan Azərbaycandan Ermənistana gedən yüklərdən danışdı

Mirzoyan Azərbaycandan Ermənistana gedən yüklərdən danışdı

Dünya

5 Noyabr 2025, 11:50

"Blokadanın qaldırılmasının bir komponenti artıq baş verib. Hazırda Rusiya və Qazaxıstandan çıxan yüklər ya Ermənistan sərhədini keçib, ya da Ermənistan sərhədinə yaxınlaşır. Yüklər Azərbaycan dəmir yollarından Gürcüstana keçir, daha sonra Ermənistana daxil olur".

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı açıqlayıb. 

"Sonra başqa komponent, sonra digər komponentlər olacaq. Sonra məsələlərin həll olunacağı çərçivə Ermənistanla Azərbaycanı birləşdirən birbaşa dəmir yolu olacaq.

Hazırda intensiv müzakirələr gedir, ilk relsin nə vaxt çəkiləcəyini deyə bilmərəm, xüsusən də birinci vaqonun nə vaxt gedəcəyini deyə bilmərəm. Amma deyə bilərəm ki, biz dövlət olaraq bunun tez bir zamanda baş verməsində maraqlıyıq", - deyə XİN rəhbəri qeyd edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ramiz Mehdiyevə görə Miilli Məclis buraxılır?