Modern.az

Səlahəddin Dəmirtaş azad ediləcək? - Ərdoğandan CAVAB

Səlahəddin Dəmirtaş azad ediləcək? - Ərdoğandan CAVAB

Dünya

5 Noyabr 2025, 15:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ləğv edilən HDP-nin həmsədri Səlahəttin Demirtaş barədə qərarına münasibət bildirib.

Modern.az-ın məlumatına görə, Ərdoğan deyib ki, məhkəmə sistemi bu məsələdə nə desə, o da tətbiq ediləcək.

***

 

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) keçmiş HDP həmsədri Səlahəddin Dəmirtaş barədə çıxardığı qərarın artıq qüvvəyə mindiyini bildirib.

Modern.az-ın məlumatına görə, nazir bu barədə jurnalistlərə açıqlamasında deyib.

“AİHM Dəmirtaşın təhlükəsizlik və azadlıq hüquqlarının pozulduğuna qərar verib. Böyük Palataya müraciət qəbul edilmədiyi üçün qərar artıq qəti xarakter alıb. Sənədin Ankara Regional Apellyasiya Məhkəməsinə gəlməsi və ya tərəflərin müraciəti halında məsələ məhkəmə tərəfindən dəyərləndiriləcək. Biz məhkəmənin qiymətləndirmə prosesini gözləyəcəyik.”

Qeyd edək ki, MHP sədri Dövlət Bağçalı da bu mövzuya münasibət bildirib. “Demirtaşın azadlığa buraxılması Türkiyə üçün xeyirli olacaq", - o qeyd edib.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Demirtaşın azadlığa buraxılması ilə bağlı qərarı qətiləşib.

Xatırladaq ki, 2014-cü ildə Kobani etirazları ilə əlaqədar 42 il həbs cəzasına məhkum edilən Demirtaş doqquz ildir həbsdədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu