Modern.az

İmamoğlunun atası və oğlu dindirildi

İmamoğlunun atası və oğlu dindirildi

Dünya

5 Noyabr 2025, 16:14

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış sabiq meri Əkrəm İmamoğlu ilə bağlı aparılan korrupsiya istintaqı genişlənir. 

Modern.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən “cinayətkar təşkilatın rəhbəri olmaq”, “rüşvət”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “məlumatların qanunsuz yolla ələ keçirilməsi” və “tenderlərdə saxtakarlıq” kimi ittihamlarla aparılan istintaq çərçivəsində İmamoğlunun atası Həsən İmamoğlu və oğlu Selim İmamoğlu ifadə verib.

Məlumata görə, hər iki şəxs İstanbul Polis İdarəsində dindirilib və onlardan “rüşvət və çirkli pulların yuyulması” iddiaları ilə bağlı açıqlama alınıb.

Selim İmamoğluna Maliyə Təftiş İdarəsinin (MASAK) hesabatında yer alan 637 milyon avro dəyərində “cinayət yolu ilə əldə edilən pulları yuma” iddiaları ilə bağlı suallar ünvanlanıb. O, 6,5 metrlik yaxtasının və Xorvatiyada qeydiyyatdan keçmiş şirkətinin olduğunu təsdiqləyib, lakin bu vəsaitlərin mənbəyinin nənəsi və anasından aldığı pullar olduğunu bildirib. “Ticarətlə məşğulam, çirkli pul yumaq kimi bir fəaliyyətim olmayıb”, - deyə o, ifadəsində qeyd edib.

İfadə prosesindən sonra həm Selim, həm də Həsən İmamoğluna ölkədən çıxış qadağası qoyulub. Onlar dindirilmədən sonra polis idarəsini tərk ediblər.

Sizə yeni x var
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu