Modern.az

Prokurorluq Vuçiçə qarşı hərəkətə keçdi

Prokurorluq Vuçiçə qarşı hərəkətə keçdi

Dünya

5 Noyabr 2025, 16:56

Serbiyanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Prokurorluğu ölkə prezidenti Aleksandar Vuçiçə qarşı vəzifə səlahiyyətlərini aşmaq və onlardan sui-istifadə etmək ittihamı irəli sürüb.

Modern.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında yayımlanıb.

Prokurorluğun açıqlamasına görə, ittihamların əsasını Vuçiçin 3 noyabrda "TV Prva" telekanalında Milomir Mariçin aparıcısı olduğu verilişdə verdiyi müsahibə təşkil edib.

Həmin proqramda prezident prokurorluq tərəfindən aparılan istintaqlara “saxta və siyasi sifarişli” adlandırıb, qurum “proseslərə təsir göstərməyə çalışmaqda” günahlandırılıb.

“Prezident Aleksandar Vuçiç təhqiramiz və yalan bəyanatları ilə yenidən fəaliyyət göstərən prokurorlara hücum edib. Onun bu cür açıqlamaları ədalət mühakiməsinin həyata keçirilməsinə mane olur, konstitusiya və hüquq qaydasını, eləcə də qanunun aliliyini zədələyir”, – deyə açıqlamada qeyd olunub.

Vuçiç həmin müsahibədə NATO-nun 1999-cu il hava zərbələri zamanı dağıdılmış keçmiş Baş Qərargah binasının yenidən bərpası ilə bağlı qanundan danışıb. O, 2016-cı ildə ABŞ administrasiyası ilə həmin binanın yerində “NATO aqressiyası qurbanları muzeyi”nin yaradılması barədə razılıq əldə etdiyini xatırladıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu