Modern.az

Ukrayna Rusiyanın strateji obyektlərinə 160 dəfə hücum edib

Ukrayna Rusiyanın strateji obyektlərinə 160 dəfə hücum edib

Dünya

6 Noyabr 2025, 12:29

Ukrayna müharibənin əvvəlki mərhələlərində Qərbin qadağası səbəbi ilə Rusiya ərazisinə hava hücumu təşkil etmirdi.

Modern.az Ukrayna mediasına istinadən yazır ki, qadağa artıq aradan qaldırılıb və Ukrayna Rusiya ərazisindəki strateji obyektləri məhv edir. 

Neft emalı zavodları xüsusi hədəfə alınır və Zelenski bunu Rusiyaya tətbiq olunan “uzaq sanksiya” adlandırır. 

Ukrayna Təhlükəsizlik Xidmətini rəhbəri Vasili Malyukun sözlərinə görə oktyabrın, ikinci yarısında Ukrayna qüvvələri Rusiyadakı enerji obyektlərinə 15 zərbə endirib, ilin əvvəlindən isə təxminən 160 uğurlu hücum həyata keçirilib.

Cavid Zahidoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı