Modern.az

Türkiyə F-16-ları Bakı səmasında görünəcək

Türkiyə F-16-ları Bakı səmasında görünəcək

Dünya

6 Noyabr 2025, 13:28

Türkiyə ordusunun 6 ədəd F-16 qırıcısı Bakıda keçiriləcək Zəfər Paradında iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, Azərbaycanın 8 Noyabr - Zəfər Günü bayram paradında Türkiyə Prezident Qvardiyası Alayının Rəsmiyyət Birliyi və Hərbi Hava Qüvvələrimizə məxsus 6 ədəd F-16 təyyarəsi də qatılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır