Modern.az

Tramp Suriyanı İsraildən qoruyacaq

Tramp Suriyanı İsraildən qoruyacaq

Dünya

6 Noyabr 2025, 15:17

ABŞ administrasiyası Dəməşqdə yerləşən hərbi bazada öz hərbi kontingentini yerləşdirməyə hazırlaşır. Bu addımın məqsədi Vaşinqtonun vasitəçiliyi ilə hazırlanmaqda olan Suriya–İsrail təhlükəsizlik paktının həyata keçirilməsinə dəstək verməkdir.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Baza Suriyanın cənub bölgələrinə girişdə yerləşir və yaxın vaxtlarda İsrail və Suriya arasında imzalanacaq paktın çərçivəsində yaradılacaq demilitarizasiya zonasının tərkibinə daxil ediləcək.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp gələn həftə Ağ Evdə Suriya Prezidenti Əhməd Əş-Şəra ilə görüşəcək. Bu, Suriya dövlət başçısının Vaşinqtona ilk rəsmi səfəri olacaq.

Mənbələr ABŞ-ın bazadan logistika, müşahidə, yanacaq doldurma və humanitar əməliyyatlar üçün istifadə etməyi planlaşdırdığını təsdiqləyiblər. Suriya tərəfi bazanın üzərində tam suverenliyin saxlanılacağını bildirib.

Mənbələrin sözlərinə görə, ABŞ son iki ay ərzində bazada bir neçə kəşfiyyat missiyası həyata keçirib. Hərbi-nəqliyyat təyyarələri “C-130” tipli uçuşlar həyata keçirərək uçuş zolağının istifadə üçün tam yararlı olduğunu yoxlayıb.

ABŞ hərbi kontingentinin bazaya nə vaxt yerləşdiriləcəyi barədə konkret tarix açıqlanmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı