Modern.az

Çexiya hökuməti istefa verdi

Çexiya hökuməti istefa verdi

Dünya

6 Noyabr 2025, 17:50

Çexiyanın Baş naziri Petr Fiala Nazirlər Kabinetinin son iclasında hökuməti istefası ilə bağlı qərar verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin nümayəndəsi bəyanat yayıb.

Bəyanata görə, Baş nazir bu gün istefa ərizəsini Petr Pavelə təqdim edəcək.

Çexiya konstitusiyasına əsasən, hökumət ölkə parlamentinin aşağı palatası - Deputatlar Palatasının ilk iclasının başa çatmasından sonra istefa verir. Həmin palataya seçkilər 3 və 4 oktyabr tarixlərində keçirilib.

Yeni hökumətin ən geci gələn ayın ortalarınadək fəaliyyətə başlaması nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı