ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, ermənipərəst konqresmen Nensi Pelosi 2026-cı ilin noyabrında Konqresə seçkidə namizədliyini irəli sürməyəcəyini elan edib.
Modern.az bu barədə CNN telekanalına istinadən xəbər verir.
"Mən namizədliyimi yenidən irəli sürməyəcəyəm", - deyə o vurğulayıb.
85 yaşlı Pelosi seçicilərinə ünvanladığı və onun siyasi bioqrafiyasından kadrlarla müşayiət olunan videoçarxda 40 illik karyerasını başa vurduğunu bildirib.
Qeyd edək ki, o, 1987-ci ildən Nümayəndələr Palatasının Kaloforniyadan olan deputatıdır.