Polşa tarixdə ən böyük hərbi hazırlıq proqramına start verir.
Modern.az xəbər verir ki, müdafiə naziri Vladislav Kosinyak-Kamışın sözlərinə görə, “wGotowości” (“Hazırlıqda”) adlı milli proqram çərçivəsində 2027-ci ilə qədər 400 min nəfər təlim keçəcək.
Nazir bildirib ki, layihədə iştirak könüllüdür, tələbələrdən tutmuş təqaüdçülərə qədər hər kəs müraciət edə bilər. Pilot mərhələ bu ay başlayacaq və məşğələlər Polşa Silahlı Qüvvələri və Ərazi Müdafiə Qüvvələrinin bölmələrində keçiriləcək.
Proqram çərçivəsində iştirakçılar müxtəlif istiqamətlərdən birini seçə biləcəklər: əsas hərbi hazırlıq, ilk tibbi yardım, sağ qalma (survival) və kibertəhlükəsizlik.
2025-ci ilin sonuna qədər təxminən 20 min nəfərin təlim alacağı gözlənilir.
Nazir əlavə edib ki, mülki universitetlərin tələbələri ehtiyat hərbi xidmətə qoşulmaq qərarı versələr, aylıq 1000 zlotı təqaüd alacaqlar.